13 
yan
2023
16:26
124

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Oğuzda iki maşın toqquşub, 5 nəfər xəsarət alıb

13 yan, 2023
16:26
11124

Oğuzda iki minik avtomobili toqquşub.

Hadisə günorta saatlarında Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Padar kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, “Opel Astra” və “Volkswagen Passat” markalı minik avtomobillərinin toqquşması nəticəsində beş nəfər xəsarət alıb. Xəsarət alanlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Turkdunyasi.az

Bizimlə əlaqə saxlayın