

E-mail: turkdunyasi.az@mail.ru
Yevlaxda 10 Mart – Milli Teatr Günü münasibətilə teatr işçisi ilə görüş keçirilib

Yevlaxda 10 Mart – Milli Teatr Günü münasibətilə rayonda fəaliyyət göstərən bir qrup teatr işçisi ilə görüş keçirilmişdir
Turkdunyasi.az xəbər verir ki, görüşdə Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin Mədəniyyət müəssisələri ilə iş sektorunun baş məsləhətçisi-Yevlax şəhər nümayəndəsi Günel Cəfərova, Yevlax Şəhər Yaradıcılıq evinin direktoru Zöhrə Adgözəlova, Yevlax Şəhər Mədəniyyət Mərkəzinin direktoru vəzifəsini icra edən Leyla Abdullayeva, B. Səfəroğlu adına Xalq teatrının və “Kukla” Xalq teatrının yaradıcı heyəti iştirak ediblər.
Yevlax Şəhər İcra Hakimiyyətinin Başçısı Anar Tağıyev çıxışında teatr işçilərini təbriki edərək 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundzadənin “Sərgüzəşti-vəziri-xani Lənkəran” komediyası nümayiş etdirilməsi ilə əsası qoyulan Azərbaycan tetarı uzun və şərəfli tarixi yol keçdiyini bildirmişdir.
Şəhər rəhbəri qeyd etmişdir ki, teatrımızın inkişafında bütün dövrlərdə daim mədəniyyət və incəsənətin böyük hamisi kimi bu sahədə çalışanların sonsuz rəğbətini qazanmış Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin misilsiz xidmətləri vardır. Ulu Öndərin bu siyasəti hazırda Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz cənab Prezident tərəfindən 2006-cı ildə Azərbaycanda “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsini əks etdirən Qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan edilib.
Möhtərəm cənab Prezidentin 1 mart 2013-cü il tarixli Sərəncamı ilə ölkəmizdə milli mədəniyyətin inkişafında , ölkənin mədəni həyatında milli teatrın əhəmiyyəti və rolu nəzərə alınaraq hər il martın 10-u Azərbaycan Respublikasında “Milli Teatr Günü” kimi qeyd edilməsi sənət adamlarına diqqət və qayğının bariz nümunəsidir.
Çıxış edən tetar işçiləri onlara göstərilən diqqət və qayğıya görə Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevə və Birinci vitse-prezident hörmətli Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonda rayonda faəliyyət göstərən bir qrup teatr işçisi Şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanları ilə təltif edildilər.













