18 
noy
2025
11:54
118

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

İlham Əliyev Oman sultanını təbrik etdi

18 noy, 2025
11:54
12118

Azərbaycan Prezidenti İlham Əliyev Omanın Sultanı Heytəm bin Tariq Al Səidə təbrik məktubu göndərib.

Turkdunyasi.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Oman Sultanlığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına daim əmin-amanlıq və rifah arzulayıram".

Bizimlə əlaqə saxlayın