fev
2026
16:24
46

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Azərbaycan XİN Pakistana başsağlığı verib

6 fev, 2026
16:24
846

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

Turkdunyasi.az xəbər verir ki, bu barədə XİN sosial şəbəkədə paylaşım edib.
"İslamabad şəhərində məsciddə baş verən, günahsız insanların həyatına son qoyan və çoxsaylı yaralananların olduğu faciəvi terror aktı ilə bağlı Pakistan İslam Respublikasının xalqına və hökumətinə dərin hüznlə başsağlığı veririk. İbadət üçün müqəddəs bir məkanda dinc insanları hədəf alan bu dəhşətli zorakılıq və terror aktını qətiyyətlə pisləyirik. Düşüncələrimiz və dualarımız qurbanlar və onların ailələri ilədir, yaralananlara isə tezliklə şəfa diləyirik.
Azərbaycan qardaş Pakistanla həmrəy olduğunu bildirir və sülhə, sabitliyə, eləcə də terrorizmin bütün formalarına qarşı mübarizəyə qəti dəstəyini bir daha təsdiqləyir", - paylaşımda qeyd olunub.
Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda, Xədicətül-Kubra məscidində cümə namazı zamanı partlayış baş verib. Partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb.

Bizimlə əlaqə saxlayın