24 
fev
2026
12:48
51

Tel:+99450 352 82 91
E-mail: turkdunyasi.az@mail.ru

Prezident estoniya prezidentini təbrik etdi

24 fev, 2026
12:48
1251

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Estoniya Respublikasının Prezidenti Alar Karisə təbrik məktubu göndərib.

Turkdunyasi.az President.az-a istinadən həmin məktubun mətnini təqdim edir:
"Estoniya Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından səmimi təbriklərimi çatdırıram.
İnanıram ki, Azərbaycan-Estoniya dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafeləri naminə bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, Estoniya xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

Bizimlə əlaqə saxlayın